“Yoluxma düşüb. Görün haradan hara düşdü. Biz hamımız buna sevinirik. Türkiyədə, Avropada yoluxma pik həddədir. Azərbaycanda hamı qaydalara əməl edir”.
Bu açıqlamanı Lent.az-a Xalq artisti Səməd Səmədov bildirib.
Xalq artisti Səməd Səmədov
Səməd Səmədov açıq havada 50-100 nəfərlə toylara icazə verilməsini təklif edir: “Məclislər, toylar mütləq olmalıdır. Bununla tək müsiqiçi, müğənnilərin deyil, salonlar, şirkətlərin də işləri bərpa olunar. Çox istərdim ki, mayın sonlarında açıq havada, ara məsafə ilə toylara icazə verilsin”.
Xalq artisti pandemiya səbəbi ilə toylar ləğv olunduqdan sonra maddi ehtiyaclarını həyat yoldaşının və özünün təqaüdü ilə ödədiyini bildirib:
“Ancaq təqaüdlə dolanırıq, pulumuzu yeməyə xərcləyirik. Bütün dünyada vəziyyət gərgindir. Kəmərimizi bir az sıx eləməliyik”.