Böyük Britaniyalı müğənni Stinq öz mahnılarının tam kataloqunu “Universal Music Publishing Group”a satıb.
Lent.az xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, burda Stinqin 600-dən çox mahnısının müəllif hüququ həm də mahnı qonorarı yer alıb. Yəni “Universal Music Publishing Group” onun bütün işlərindən olan gəliri əldə edib.
“Son yarım əsrin kommersiya baxımından ən uğurlu mahnı müəlliflərindən biri üçün bu tarixi və əhatəli kataloq müqaviləsi Stinqin bütün solo işlərini, eləcə də “The Police” ilə işlərini əhatə edir”, - şirkətin açıqlamasında deyilir.
Şirkət sövdələşmənin məbləğini açıqlamır. “People” isə jurnalı yazır ki, sövdələşmə 300 milyon dollar dəyərindədir.