Şvarseneggeri qucağında gəzdirirən sərxoş nəhəng -FOTO
27 fevral 2023 17:15 (UTC +04:00)

Şvarseneggeri qucağında gəzdirirən sərxoş nəhəng -FOTO

Bolqar-polyak əsilli nəhəng Andre Rusimov ötən əsrin ortalarında həm restler, həm də aktyor kimi şöhrətlənmişdi.

Lent.az-ın xəbərinə görə, boyu 224 santimetrə, çəkisi 240 kiloya çatan bu nəhəngi tanıyanlar, onu  həm də sərxoş adlandırırdılar.

Məsələn, o bir dəfə 6 saat ərzində 40 litrdən çox pivə içmişdi. Hərçənd, heç vaxt sərxoş olmurdu.
İçdiyi alkoqollu içkilər ona demək olar ki, təsir eləmirdi. Akromeqalin ( nəhənglik) xəstəliyindən əziyyət çəkən Andre yaxşı bilirdi ki, qocalmadan öləcək. Onun hipoviz vəzindəki anormallıq sürətlə böyüməsinə səbəb olmuşdu. Hələ gənckən əməliyyat olunmaqdan imtina edən Andre nəhəng görünüşü və gücü vasitəsilə pul qazanmaq qərarına gəlir. Həkimlər demişdilər ki, onurğası və dizləri daima ağrıyacaq. Onun çox içməsinin səbəbi də, bu ağrıları yox etmək cəhdiylə bağlı idi.

 Nəhəng adam bir neçə dəfə filmlərə də çəkilmişdi. Rejissor Vilyam Qoldman bu nəhəng adamın səxavətinə heyran qalmışdı. Həmişə restoranda hesabı özü ödəyirdi, neçə nəfərlə getmələrindən asılı olmayaraq. Hətta bu barədə eşidən Arnold Şvarsenegger gizlicə özü hesabı ödəmək istəyəndə bundan xəbər tutmuş nəhəng onu qucağına alaraq aparıb avtomobilində oturtmuşdu. Ümumiyyətlə, o Şvarsenegger kimi əzələli idmançıları tez - tez qucağına alıb gəzdirir, qolunun gücünü göstərirdi.

Andrenin Şimali Karolinadakı rançosu həmişə qonaqlara açıq idi. O burda müxtəlif ev heyvanları bəsləyir, tez - tez qonaqlıq verirdi.

46 yaşı olanda nəhəng  Parisə atasının dəfn mərasiminə gedərkən, yuxuda ölmüşdü. Özündən sonra qalan 10 milyon dollar qeyri-qanuni qızı Robinə nəsib oldu.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar