"Formula-1" üzrə yeddiqat çempion Mixail Şumaxer
30 iyul 2021 15:12 (UTC +04:00)

"Formula-1" üzrə yeddiqat çempion Mixail Şumaxer

Şumaxerin həyatı film olur – “Netflix”də yayımlanacaq

"Formula-1" üzrə yeddiqat çempion Mixail Şumaxerin həyatı film olur. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, çempionun həyatından çəkiləcək film “Netflix”də yayımlanacaq. 

8 il öncə xizək sürən zaman aldığı zərbə nəticəsində uzun zamandır müalicə alan Şumaxer hazırda evdə həkim nəzarətindədir və ailəsi onun yeni fotolarının yayımlanmasına icazə vermir. 

“B/14 Film GmbH” şirkəti tərəfindən istehsal olunan filmin rejissorları Hanns-Bruno Kammertons, Vanessa Nocker və Michael Veçdir.

Rejissor Vanessa Nocker açıqlamasında qeyd edib ki, Şumaxerin həyat yoldaşı Corinna çəkiliş zamanı ən böyük dəstəkçiləri olub.

Qeyd edək ki, film 15 sentyabrda təqdim olunacaq. 
 

# 1401
avatar

Nigar Adil

Oxşar yazılar