Öz yarısını tapmaq çətin məsələdir, tapandan sonra bu sevgini qorumaq ondan da çətin məsələdir.
Lent.az həyatının qadınını tapandan sonra dəyişən 10 keçmiş və məşhur şorgözlər haqqında məlumat verir.
_1680589920.jpg)
Hollivud ulduzu Corc Kluni 1993-cü ildə boşandıqdan sonra “subaylıq sultanlıqdır” prinsipilə yaşayıb, “ürək ovuna” çıxmışdı. 53 yaında Amal Alamuddinə rast gəldikdən sonra 2014-cü ildə evlilik masasına oturdu və nümunəvi ərə çevrildi.
_1680589945.jpg)
Məşhur aktyor Benedikt Kamberbetç 38 yaşına qədər çiçəkdən çiçəyə qonan arı idi, xanımı Sofiyə evlədikdən sonra onu bir daha qadınların kampaniyasında görmədilər.
_1680589981.jpg)
Ulduz aktyor Edvard Norton xanımı Şona Robertsondan sonra mələk kimi tərtəmiz olduğunu deyir. Amma evlənmək üçün tərəddüdləri olan aktyor düz 6 il nişanlı qalıb.
_1680590016.jpg)
Kinoaktyor Adam Levin model Bexati Prinsliyə rastlaşana qədər hər gün qəzetlərdə adı bir xanımla hallanırdı.
_1680590057.jpg)
Ulduz aktyor Adam Sandler Ceki Titounla evləndikdən sonra sədaqət andına sadiq qalan kişilərdəndir.
_1680590085.jpg)
Hollivudun ən tanınmış simalarından biri Hyu Qrant 57 yaşına qədər subaylıq edib. İsveçli Anna Eberştaynı tanıyandan sonra həyatının gedişatı dəyişib.
_1680590121.jpg)
Məşhur aktyor Uillem Defo 48 yaşına qədər kef çəkəndən sonra Cada Kolarange onun iplərini əlinə yığa bilib.
_1680590154.jpg)
Yaraşıqlı ulduzYen Somerxolder Nikki Ridi tanıyandan sonra bütün sevgi macəralarına əlvida deyib.
_1680590187.jpg)
Məşhr aktyor Eşton Katçer uzun illər ən şorgöz aktyor sayılsa da, 2015-ci ildən sonra Mila Kunis onun əlini - ayağını kəndirləyə bildi.
_1680590220.jpg)
Hollivudun daha bir yetirməsi Tom Hiddlston Zave Eştonla keçən il evlənənə qədər Hollivudun ən məşhur “qadın ovçusu” sayılırdı.