Şəhid Elman Əliyevə həsr edilən film təqdim olundu  -  VİDEO
10 dekabr 2021 14:51 (UTC +04:00)

Şəhid Elman Əliyevə həsr edilən film təqdim olundu - VİDEO

44 günlük Vətən savaşında şəhid olan Elman Əliyevə həsr edilmiş “Musiqi ilə qəhrəmanlıq dastanı yazan şəhidimiz – ELMAN ƏLİYEV” adlı sənədli filmin geniş təqdimatı olub.

Lent.az-ın məlumatına görə,  Mingəçevir Gənclər Evində baş tutan təqdimatda “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, şəhidin ailə üzvləri və dostları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər, filmin peşəkar heyət tərəfindən hazırlandığını qeyd edərək, dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərov isə çıxışında icra başçısı İlham İsmayılovun mütəmadi olaraq şəhid və qazi ailələrini diqqətdə saxladığını, qayğıları ilə maraqlandığını deyib. Tofiq Əsgərov, həmçinin bu kimi layihələrin şəhidlərimizin əziz xatirəsini yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov isə çıxışında filmin gənclərin sağlam ruhda böyüməsinə mühüm töhfə verəcəyini deyib.

Sonda layihə çərçivəsində hazırlanan disk və fincanlar gənclərə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1837

Oxşar yazılar

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31