Şahruk Xanın oğlu həbs edildi- FOTO
06 oktyabr 2021 13:19 (UTC +04:00)

Şahruk Xanın oğlu həbs edildi- FOTO

Bollivud ulduzu Şahruk Xanın böyük oğlu Aryan Xan həbs edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Narkotiklərlə Mübarizə Bürosu (NCB) Şahruk Xanın 23 yaşlı oğlu Aryan və daha yeddi nəfəri Mumbayi-Qoa ərazisində keçirilən reydlərin birində polis saxlayıb. Onlar həkim müayinəsindən keçirilib və narkotik aludəçisi olduqları sübut edilib.

Məlumata görə, Aryan sorğu-sual zamanı pərişan olub. Onunla aparılan sorğunun nəticəsində dörd ildir narkotik istifadə etdiyi aşkarlanıb.

Aryan Xan bu gün axşam saatlarında hakim qarşısına çıxarılacaq. Onun həm narkotik, həm də psixotrop dərmanlar qəbul etdiyi bildirilib. Məhkəmədən sonra gəncin müalicə üçün xəstəxanaya aparılacağı təxmin edilir.

# 5037
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar