Rusiyalı cazmen Bakı səhnəsində 
17 sentyabr 2021 13:27 (UTC +04:00)

Rusiyalı cazmen Bakı səhnəsində 

Bakıda ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən olan məşhur caz ifaçılarının beynəlxalq caz festivalı keçirilir.

Lent.az xəbər verir ki, bu ilin festival iştirakçıları arasında Rusiya nümayəndələri, caz ifaçısı Anna Kaşina və "Jazz du Soleil" layihəsi ilə festivalda iştirak ediblər. Anna Kaşina və "Jazz du Soleil" layihəsi öz repertuarını fransız şansonu, klassik caz standartları və Latın Amerika ritmlərinin qarışığı üzərində hazırlamışdı.

Musiqiçilərin özlərinin dediyinə görə: "Caz dünyanın bütün ölkə və şəhərlərində başa düşülən bir dildir. Amerika, Fransa, Rusiya - o, bütün qapıları açır. Məqsədimiz dinləyicilərin yaddaşında unudulmuş motivləri tanıtmaq və canlandırmaqdır. Yuxarıda göstərilən ölkələrin mədəniyyətlərini birləşdirərək yeni və müasir bir şey yaratmaqdır".

# 1404
avatar

Oxşar yazılar