Ruhəngiz Qasımova
12 oktyabr 2022 11:19 (UTC +04:00)

Ruhəngiz Qasımova

Ruhəngiz Qasımovanın cənazəsi Bakıya gətirildi

Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya bəstəkarın qızı Canana Süleymanlı məlumat verib.

Qeyd edək ki, onunla vida mərasimi bu gün 13:00-dan 16:00-dək Təzə Pir məscidində olacaq. Ruhəngiz Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib.

# 2394
avatar

Oxşar yazılar