Rəmiş, Xalq artisti
05 aprel 2021 18:34 (UTC +04:00)

Rəmiş, Xalq artisti

Rəmişin dəfn olunacağı yer açıqlandı

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) sabah dəfn olunacaq.

Bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

Bildirilib ki, Rəmiş Yasamal ("Qurd qapısı") qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. 

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub. 

# 3309
avatar

Oxşar yazılar