Xalq artisti Ramiz Məlik aktyor Kamran Yunisin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mərhum bədii rəhbəri-baş rejissoru Azərpaşa Memətovun vəfatı ilə bağlı yazdığı statusu sərt tənqid edib.
“Bilmədin, danışma! Bunu biz yaxşı bilirik! Mən də sənin rejissor kimi qəbul etdiyin Vaqif Həsənovu qəbul edirəm. Onun öz mücərrəd dəsti-xətti var idi, amma o, vəfat edəndə bunu özü ilə apardı”.
Kamran Yunus Lent.az-a açıqlamasında Ramiz Məlikə cavab verib.
“Ramiz müəllimin böyük kimi söz demək haqqı var, amma bir sənətkar kimi o mənə bunu deməməlidir. Azərpaşa Nemətova Allahdan rəhmət diləyirəm. Gözəl rejissor idi, amma rəhbər kimi onun etdiklərini qəbul edə bilmirəm. Eqoist idi, diktator idi. O daha çox iş görə bilərdi, daha yaxşı iş apara bilərdi. “Azdrama”da olanları mən onun şəxsiyyətinə yaraşdıra bilmədim. Və bir aktyor kimi fakir bildirmək haqqım var.
Ramiz Məlik də “ tripaşlıq” eləməsin. Onunla dostuq. Düzdür, indi aramızda bir balaca inciklik var. Mən haqqı qoyub nahaqqı danışa bilmərəm. Elə həqiqətlər var ki deyilməlidir. İslam peyğəmbəri də bizə haqsızlığa qarşı susmamağı əmr edirdi.
O teatr bizim hamımızın gözünün dikdiyi sənət ocağı olub. Düzdür, mənim “Azdrama”ya getmək fikrim yoxdur. Gedib orda 300, 500, 1000 manata tamaşa oynayası deyiləm. Bu pulu mənə Allah başqa yerlərdən yetirir”, - aktyor ildirib.
O sonda Azərpaşa Nemətovun yerinə teatrın keçmiş rəhbəri istedadlı rejissor İsrafil İsrafilovun gətrilməsini arzuladığını bildirsə də, bunun imkansız olduğunu qeyd edib.
Xatırladaq ki, Kamran Yunus Azərpaşa Nemətov rəhmətə gedərkən yazmışdı: “O da öldü... İndi kim mən, mən, mən deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun.Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayqı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram: İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl... Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir".