"Qapını çırpıb evdən çıxan mən oluram" - Neslihan və Kadirin  gerçək eşqi
18 yanvar 2023 11:07 (UTC +04:00)

"Qapını çırpıb evdən çıxan mən oluram" - Neslihan və Kadirin gerçək eşqi

Azərbaycanlı izləyicilərin sevərək izlədiyi “Gecənin ucunda” türk serialının hər bölümü  tamaşaçıları ekran qarşısına kilidləyir. 

Lent.az izləyicilərimizə bu filmin mövzusu və qəhrəmanları haqqında maraqlı məlumatları təqdim edir.

 Filmin hekayəsi psixoloq təhsili almış və bioenerjisi ilə insanlara şəfa vermək qabiliyyəti olan Macidə adlı qızın çox zəngin bir ailəylə tanışlığıyla başlayır. Ailədə iki qardaş Macidəyə aşiqdir,  Macidənin böyük qardaş Kazımdan xoşu gəlir, lakin Kazım evlidir. Psixoloji problemləri olan ikinci qardaş Əhməd isə Macidəyə qarşı qeyri-sağlam bir bağlılıq hiss edir. Filmin yaradıcı heyətinə Neslihan Atagül Doğulu, Kadir Doğulu, Sarp Levendoğlu və Zuhal Olcay kimi tanınmış aktyorlar daxil edilib.

Filmin gələcək bölümlərində nə olacağını  film heyəti təbii ki, sirr kimi saxlayır. Lakin baş rol oyunçuları Neslihan Atagül və Kadir Doğulu  verdikləri açıqlamalarda sevgilərinin qəhrəmanlarının başına hələ çox oyunlar açaçağına dair mesajlar veriblər.
 Bu arada qeyd etmək yerinə düşər ki, Macidəylə Kazım, yəni Neslihanla Kadir real həyatda ər və arvaddırlar. 5 il sürən münasibətlərini 2017-ci ildə rəsmiləşdirən cütlük hələ də bir-birlərinin gözünə böyük sevgiylə baxır.

Onların evlənməsi  də bir gecənin ucunda baş vermiş hadisə ilə bağlı olub. Neslihanın dediyinə görə, münasibətlərində od olan tərəf o, su olan tərəf Kadirdir.

“Evlənməzdən öncə qonşularımız bizim davalarımızdan bezmişdilər. Hər dəfə dava salıb, qapını çırpıb evdən çıxan tərəf mən olurdum. Kadir gəlməyincə yenidən gecenin bir yarısı geri dönüb qapını astadan döyürdüm. Qısası, bu eşqin çətin adamı mən idim. Günün birində Kadirlə çox möhkəm dava etdik. Evdə nə vardısa qırdım, tökdüm, hər yer şüşə qırıntılarıyla dolu idi. Əsəblə ayaqqabılarımı belə geyinmədən qapını çırpıb getdim. Lakin gecə yenə döndüm. Qapını açdı. Hər tərəf şüşə qırıntıları, mənim ayaqlarım yalın. Kadir qapını açdı, ayaqlarını uzatdı, ayağımı onun ayaqları üstünə qoydum,  rəqs edirmiş kimi asta-asta, mən onun ayaqları üstündə  otağa girdik. O gün hiss etdim ki, onunla bir ömür yaşamağa dəyər. O gündən sonra böyük davalarımıza son verdik. Sevgimizin bu qədər canlı qalmasının səbəbi bir-birimizi bağışlamağımız, sənətimizə hörmət və üzr istəmək bacarığımızdır”,- deyə o qeyd edib.

 Kadir Doğulu isə Neslihanı hətta divarlara belə qısqandığını desə də, əlavə edib ki, bu qısqanclıqla xanımını boğmur, özünü tərbiyə etməyə çalışır. “Neslihanı ilk dəfə illər öncə görüncə ilk baxışda vuruldum. Hiss etdim ki, bu “ o” dur. Və onun sevgisini qazanmaq  üçün əlimdən nə gəlirdisə etdim. Biz filmdə sevgi duyğularımızı oynamırıq. Ona hər baxdığımda  ürəyim titrəyir”,- deyə aktyor bildirib.

# 1932
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar