Böyük Britaniyada oxunması ən çətin olan kitab dərc edilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kitabın adı “From the Margins”dir (Kənarlardan).
Kitabda hər söz səhifələrin kənarında çap olunduğu üçün oxucuda diskomfort yaradır.
Belə kitab buraxmaq ideyası tarixçi, yazar, teleaparıcı və kinorejissor, professor Devid Olusoqa aiddir. O, marginallaşdırılmış insanlar barədə həyat hekayələrini bu tərzdə dərc etdirmək qərarına gəlib.
“Cəmiyyət heç bir zaman bərabər olmayıb. Bu cəmiyyətdə pulu olanlarla olmayanlara eyni münasibət göstərilmir. Bunu yaradan biz özümüzük”,- deyə o qeyd edib.