Lent.az “ Məşhurlardan gülməcələr” rubrikasında daha bir maraqlı deyimi yada salır.
Xalq yazıçısı Anar birinci və ikinci çağırış Milli Məclisin deputatı olub. Yazıçının deputat olduğu müddətdə Milli Məclisin iclaslarından birində Latın əlifbasına keçidlə əlaqədar qaynar müzakirələr gedir. Deputatların bəziləri türk dilində olduğu kimi, X hərfinin H hərfi ilə əvəz olunmasını təklif edirlər.
Müzakirələr uzanır və nəhayət yazıçı Anar söz alır. “Hörmətli deputatlar, biz həmişə deyirik ölü xırıldayır, x-nı h ilə əvəz eləyəndən sonra, nə deyəcəyik? Deyəcəyik ölü hırıldayır?"
Onun bir cümləsi gülüşə səbəb olur və polemikalara son qoyulur.