Hindistanın məşhur xalq müğənnisi Nira Çantia Nepalda qəzaya uğrayan ATR 72 təyyarəsində uçurmuş.
Lent.az xəbər verir ki, bu barədə “News India” məlumat yayıb.
Çantiya Lok Dohori janrında mahnılar ifa edir - onları iki komanda oxuyur: biri kişilərdən, ikincisi qadınlardan ibarətdir. Mahnı sual-cavab şəklində qurulur.
Qeyd edək ki, bu gün 15-də Yeti Hava Yollarına məxsus ATR 72 təyyarəsi eniş zamanı qəzaya uğrayıb. Sərnişinlərin hamısının öldüyü qeyd olunur.