Ötən gün dünyasını dəyişən Xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev son mənzilə yola salınır. Lent.az xəbər verir ki, mərhum Səngəçalda yerləşən qəbiristanlıqda torpağa tapşırılır.
Qeyd edək ki, Xalq artistinin oğlu ötən gün günorta saatlarında 41 yaşında ürək tutmasından dünyasını dəyişib.