Nazirliyi təhqir edən aktyor  işdən çıxarıldı
09 sentyabr 2024 15:36 (UTC +04:00)

Nazirliyi təhqir edən aktyor işdən çıxarıldı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qalmaqal baş verib.

Bir neçə gün öncə əvvəllər sözügedən teatrda rejissor işləmiş və hazırda xaricdə yaşayan Əlif Cahan öz sosial şəbəkə hesabında teatrın aktyorlarından biri, Ziya Ağanın səsini yayıb.

Ziya Ağa həmin səs yazısında öyünərək nazirliyə və bəzi rəhbər işçilərə nəlayiq ifadələr işlədib. Əlif Cahan bu səsi yayaraq, "işçiyə tərəfkeşlik edəndə, qudurdanda belə olur" - deyərək şərh edib.

Əldə etdiyimiz məlumata görə, bu gün teatrda yeni mövsümün açılışı münasibətilə iclas keçirilib.

İclasda səs yazısı yayılan Ziya Ağanın məsələsi qaldırılıb və o işdən azad edilib.

Teatrdan Lent.az-a bildirilib ki, aktyor öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə teatrla bağlı qalmaqallı fikirlər səslənir. Aylar öncə teatrdan işdən çıxarılmış aktyor Corc Qafarovun baş rejissor Mehriban Ələkbərzadə barədə dedikləri gündəm olub. O rejissoru aktyorlara qarşı sərt və kobud davranmaqda ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 51882
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar