"Musiqi kimliyimiz" layihəsi Aşıq Molla Cüməyə həsr olunacaq
08 oktyabr 2024 11:30 (UTC +04:00)

"Musiqi kimliyimiz" layihəsi Aşıq Molla Cüməyə həsr olunacaq

Gəncə Dövlət Filarmoniyasında təşkil ediləcək "Musiqi kimliyimiz" layihəsi Aşıq Molla Cüməyə həsr olunacaq.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək layihə 16-18 oktyabr tarixlərini əhatə edəcək. 

Qeyd edək ki, aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunacaq layihə çərçivəsində konfrans, dastan axşamı, ədəbi-bədii gecə baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Oxşar yazılar