Uzun illər öncə türkiyəli iş adamı ilə ailə quraraq İstanbula köçən müğənni İradə İbrahimova öz ad günündə ailəsi ilə yeni fotosunu paylaşıb. Fotoda onun əri və övladları yer alıb.
Lent.az xəbər verir ki, İradə ad günü münasibətilə gələn təbriklərə görə minnətdarlığını bildirib və gözəl niyyətin insanı gözəl mənzillərə çatdıracağına əminliyini dilə gətirib:
“Məram, sən nə gözəl düşüncəsən. Sonsuz şükrümlə başım göylərdə, yenə ona sığınaraq. Sən mənə bir addım gəlsən, mən sənə on addım gələrəm sözlərini ağlıma gətirirəm. Tək olmadığımı və mənim kimi gözəl niyyətləri qanadlandıran insanların olduğunu bilirəm. Hardan bilirik bəlkə oxşar niyyətlər qarşılaşacaq və birləşib, tək olub mənzilinə yetişəcək?! Nəsib! Bu il də diqqətini, hörmətini, sevgisini əskik etməyən ad günümü təbrik edən hər kəsə minnətdaram!”.