Fərman Salmanovun büstü
14 oktyabr 2021 10:25 (UTC +04:00)

Fərman Salmanovun büstü

Moskvada Fərman Salmanovun büstü qoyuldu - FOTO

Moskvada məşhur azərbaycanlı geoloq, görkəmli elm xadimi, geologiya və mineralogiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun abidəsi qoyulub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində (RDGKU) Fərman Salmanovun 90 illik yubileyi münasibətilə onun adına auditoriyanın və büstün açılışı olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn büstün müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fonduna, Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya iki ölkə arasında münasibətlərin möhkəmlənməsində verdiyi böyük töhfəyə görə təşəkkürünü bildirib: “Heydər Əliyev Fondu Rusiyada çoxlu layihələr həyata keçirir, məktəbləri təmir edir, abidələr ucaldır. Fondun fəaliyyət coğrafiyası çox genişdir - Həştərxandan, Volqoqraddan Sankt-Peterburqa kimi... Bu gün isə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Fərman Salmanovun büstü açılır. Bu, çox əlamətdar hadisədir”.

Diplomat əfsanəvi neftçinin həyat və yaradıcılıq yolundan da danışıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Ölkəmizin görkəmli nailiyyətlərini tanıtmaq üçün uzun illər göstərdiyi səylərə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür düşür”.

Pərviz Şahbazov Qərbi Sibirin Tümen bölgəsində nəhəng neft-qaz yataqlarının kəşfinin Fərman Salmanovun adı ilə bağlı olduğunu xatırladıb: “Fərman Salmanov dünya tarixində böyük neft və qaz yataqlarının kəşfi ilə məşğul olan ən məhsuldar geoloqdur”.

Nazir Prezident İlham Əliyevin Sərəncamı ilə Fərman Salmanovun xatirəsinin ölkəmizdə də əbədiləşdirildiyini vurğulayıb.

Universitetin kafedra müdiri, Rusiyanın əməkdar geoloqu Vaqif Kərimov qeyd edib ki, Fərman Salmanovun adına auditoriya və onun büstünün açılması ali məktəb üçün əlamətdar hadisədir: “Fərman Salmanov Qərbi Sibirdə 150-dən çox neft və qaz yatağını kəşf edib. Bu yataqlar dünyada ehtiyatlarına görə ən nəhənglərdən hesab olunur”.

Universitetin prorektoru Yuri Panov bildirib ki, Fərman Salmanov adına auditoriya ali məktəbin bütün tələbələri üçün işlək olacaq: “Tələbələrimiz bu auditoriyada məşhur azərbaycanlı geoloqun təcrübəsini öyrənəcəklər”.

Fərman Salmanovun qızı Tatyana Salmanova atasının xatirəsinə ehtirama görə Heydər Əliyev Fonduna təşəkkür edib: “Bu, mənim üçün gözlənilməz oldu. Bu gün atamı xatırlayırlar, onun əziz xatirəsini yad edirlər. Bu, mənim üçün çox vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1993

Oxşar yazılar

"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06