Əməkdar artist Qoçaq Əsgərov avqustun 22-23-də Nyu-Yorkda keçiriləcək "Totem" Heart and Mind Festivalından təklif alıb.
APA-nın məlumatına görə, Q. Əsgərov nəzərdə tutulan tarixdə 1 saatlıq onlayn konsert proqramı ilə çıxış edəcək.
O, "Şüştər", "Şur" muğam kompozisiyaları, "Sarı gəlin", "Küçələrə su səpmişəm" xalq mahnıları səsləndirəcək.
Xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada əməkdar artist Kamran Kərimov, bəm nağarada Yusif Əzizov, pianoda Vasif Hüseynzadə, balabanda Rəfael Əsgərov müşayiət edəcəklər.
Onlayn konsertin biletləri artıq satılıb və azərbaycanlı xanəndəyə yüksək qonorar təqdim edilib. Konserti 10 mindən çox insan izləyəcək və onlara canlı konsert haqqında şərh yaza bilmək imkanı veriləcək.