Xalq yazıçısı Anar mətbuata səslənib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Anar mətbuatın AYB ilə bağlı qərəzli mövqe bəslədiyini qeyd edib.
"Mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, bundan sonra hələ 5 il sədr kimi fəaliyyət göstərəcəyəm .Mətbuatdan xahiş edirəm ki, AYB-yə düşmən münasibəti bəsləməsinlər. Bizə qarşı, AYB-yə qarşı qərəzli yazılar yazmasınlar, hər şeyi tərsinə yozmasınlar. Ən əsası, bir az obyektiv və insaflı davransınlar", - Xalq yazıçısı vurğulayıb.