“Ayaspaşa Palas” binası
03 yanvar 2021 17:20 (UTC +04:00)

“Ayaspaşa Palas” binası

Məşhur yazarın məzarı 150 il sonra ortaya çıxdı, özü də harada?

Türkiyədə məşhur yazar İbrahim Şinasinin məzarı 150 il sonra ortaya çıxıb.

APA-nın Türkiyənin “Hürriyyət” qəzetinə istinadla verdiyi xəbərə görə, məzarlıq İstanbul Beyoğlu rayonunda “Ayaspaşa Palas” binasının altında aşkarlanıb.

Tarixçi, tədqiqatçı Mehmet Dilbaz bildirib ki, məşhur yazarın qəbrinin yeri İstanbulun tarixini və memarlıq abidələrini özündə əks etdirən xəritə, eləcə də uzunmüddətli tədqiqatlar nəticəsində müəyyənləşdirilib. Tarixçi deyib ki, XX əsrin əvvəllərinə qədər qəbiristanlıq olan çox böyük sahədə 1934-cü ildən başlayaraq məzarlar köçürülmədən yaşayış binaları tikilib.

Qeyd edək ki, Türk ədəbiyyatının önəmli isimlərindən olan, ilk türkcə özəl qəzet dərc edən İbrahim Şinasi 1871-ci ildə 45 yaşında beyin xərçəngindən vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Oxşar yazılar