Rusiyanın məşhur "Live" şousunun teleaparıcısı Mixail Zelenski 47 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə “Rossiya-Kultura” telekanalının rəhbərinin müavini Aleksandr Yefimoviç “Facebook” hesabında məlumat verib.
Jurnalistin ölümünün səbəbləri açıqlanmasa da, “Telegram” kanalında onun Dominikan Respublikasında tətildə olarkən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Zelenski "Rossii-Kultura", "Öryamovo efira" və "Blet b Bolşoy" verilişinin aparıcısı olub. O, eyni zamanda telekanalın köşə yazarı və "Mədəniyyət xəbərləri" proqramının aparıcısı olub.