Dünyaca tanınmış 59 yaşlı rejissor Quentin Tarantino ikinci dəfə ata olub.
Lent.az xəbər verir ki, rejissorla həyat yoldaşı, aktrisa Daniela Pikin qızları dünyaya gəlib. Körpənin iyulun 2-də doğulduğu məlum olub. Ancaq onun adı hələlik açıqlanmayıb.
Qeyd edək ki, onların Leo adlı 2 yaşlı oğlu da var.