Visente Fernandes
13 dekabr 2021 07:18 (UTC +04:00)

Visente Fernandes

Məşhur müğənni VƏFAT ETDİ

Məşhur meksikalı müğənni, “rançer” tərzində xalq musiqisi ifaçısı Visente Fernandez dekabrın 12-də 81 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə müğənninin rəsmi İnstaqram səhifəsində məlumat yerləşdirilib.

“Böyük təəssüf hissi ilə onun vəfatı barədə məlumat veririk”, deyə paylaşımda bildirilib. 

Sənətçinin ölüm səbəbi açıqlanmasa da, “Infobae internet” portalının məlumatına görə, o, avqust ayında yıxılaraq xəstəxanaya yerləşdirilib. Dekabrın 1-də müğənni reanimasiyaya yerləşdirilib, dekabrın 9-da vəziyyəti pisləşib.

Qeyd edək ki, Fernandes 1960-cı illərin ortalarında məşhurlaşıb. Karyerası ərzində 100-dən çox albom yazdırıb. 70 milyondan çox albomu satılıb. O, bir sıra mükafatlara layiq görülüb. Xüsusilə, 3 dəfə “Grammy”, 9 dəfə “Latın Grammy” və 14 dəfə “Lo Nuestro” mükafatları alıb. 

Bundan əlavə, müğənni filmlərdə də rol alıb, azı 30 filmdə çəkilib. 1998-ci ildə Fernandez Hollivudun Fəxri Xiyabanında bir ulduz alıb.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador sənətçinin ailəsinə, dostlarına və sevənlərinə başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022

Oxşar yazılar

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31