Ötən əsrin 60-70-ci illərində Azərbaycan estradasının ən parlaq nümayəndələrindən olan Oqtay Ağayevin bacısı Ofeliya Ağayeva televiziya proqramlarından birində onunla bağlı xatirələrini bölüşüb.
Lent.az-ın xəbərinə görə, o bildirib ki, Oqtay Ağayevin xanımı Nadejda Konstantinovna əvvəllər ərinə və ailəsinə qarşı çox mehriban olsa da , Oqtayın ölümündən sonra dəyişib.
“Oqtay müəllimin oğlu Rəşid ağciyər və böyrək xəstəliyindən dünyasını dəyişdi. Bundan sonra Oqtayın ürək-damar xəstəliyi daha da dərinləşdi və o vəfat etdi. Ondan sonra Nadejda heç kimin telefonuna cavab vermirdi. Təkcə mənimlə ünsiyyət saxlayırdı. Amma anam vəfat etdikdən sonra mənimlə də ünsiyyətini kəsdi.
Harada olduğunu da giizli saxlayırdı. Nəvəsi ilə görüşmək üçün onu harasa çağırır, amma getmirdi. Sonra da deyirdi məni axtarmır. Psixi problemlər yaşayırdı. Ölümündən də çox sonralar xəbər tutduq”, - o qeyd edib.
Qeyd edək ki, Oqtay Nadejdanı Düşənbədə qastrolda olarkən görüb bəyənmiş və qaçırmışdı. Bir oğlu olmuş, ona da dostu Rəşid Behbudovun adını qoymuşdu. Baxmayaraq ki. Rəşid behbudov sonralar dostunun uğurlarını qısqanmış və ondan küsmüşdü. Oğlu Rəşidin gənc yaşda ölməsi Oqtayın ürək problemlərinin güclənməsinə səbəb olub.