Məşhur müğənni İbrahim Tatlısəsi  tələyə salmasından   DANIŞDI
12 sentyabr 2023 13:07 (UTC +04:00)

Məşhur müğənni İbrahim Tatlısəsi tələyə salmasından DANIŞDI

Lent. az “Ömrün bir anı” rubrikasında məşhurların həyatından maraqlı məqamları təqdim edir.

Məşhur müğənni Mahmut Tuncer televiziya proqramlarının birində keçmiş dostu, müğənni İbrahim Tatrlısəslə bağlı xatirələrini paylaşaraq hər kəsi güldürüb. O, Tatlısəs bir ədəd istiotu 2 min dollara necə satmasından danışıb.

“İbrahim biznesi batıra-batıra böyüdüb. Təzə məşhurlaşanda əlinə bir az pul keçmişdi. Gah lahmacun dükanı açdı batırdı, gah sünnət salonu açdı, batırdı, gah istiotlu dondurma dükanı açdı, onu da batırdı. Bu adamın istiota xüsusi sevgisi var. Dondurmaya da istiot vurarlarmı?

O qədər bibər, istiot sevən biridir ki, bir dəfə ona 200 dollara bir ədəd acı bibər satmışam. Birlikdə Almaniyaya konsert verməyə gedirdik. Onun acı bibərə olan sevgisini bildiyim üçün öncədən cibimə bir ədəd istiot qoymuşam. Mindik təyyarəyə, yemək zamanı üçün süfrə quruldu.

Dedim İbrahim abi, burda indi bu yeməyin yanında istiot olmalıydı. Yeməyin onsuz dadı yoxdur. Urfalı ola, istiot deyincə, ağlı başından çıxmaya? Təyyarədəydik, orda istiot, bibər nə gəzir. İbrahim Tatlıses musiqiçilərdən soruşdu ki, kimdə bibər var? Heç kimdə yox idi. Dedim indi bir bibərə 100 dollar verərdim. O da qayıtdı ki, mən lap 200 dollar verərəm. Soruşdum, sözün sözdürmü? Dedi hə, şərəfimə and olsun, verərəm. Cibimdən bir ədəd istiot çıxarıb 200 dollara satdım ona. Hələ də qarşılaşanda o istiotun onu çox yandırmasından danışır”, -  müğənni bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3134

Oxşar yazılar