Türkiyənin məşhur müğənnisi Hakan Altuğ 1999-cu ildə hərbi xidmətə çağırılıb. Həmin ərəfədə aktrisa Hiclel Aydınla sevgili olan Hakan hərbi hissədən ona zəng eləmək üçün düz 17 gün telefonla danışmaq üçün növbə gözləyib.
Lent.az-ın məlumatına görə, bu barədə aparıcısı olduğu proqramda danışan Hakan Altuğ deyib.
“Nəhayət növbə mənə çatdı, həyəcan içində zəng edincə Hiclel Aydın “İndi vaxtım yoxdur, sonra zəng elə” cavabını verib, telefonu söndürdü. Bu hadisəsədən dərin sarsıntı keçirdim, “Hani bəkləyəcəkdin” adlı mahnı belə yarandı və o il çox populyar oldu. İztirablarımdan gözəl bir əsər yarandı”,- deyə o bildirib.