Amerikalı model və aktrisa Emili Ratajkovski çimərlik geyimində fotosunu yayımlayıb.
Lent.az xəbər verir ki, o, müfotonu sosial şəbəkələrdə pərəstişkarları ilə paylaşıb.
31 yaşlı Emili Ratajkovski şəxsi bloqunda çimərlikdən çəkilmiş şəklini yerləşdirib.
Şərhlərdə Emili Ratajkovskinin pərəstişkarları onun görünüşünə heyran qalıblar. İnternet istifadəçiləri “İlahə”, “Seksual ana”, “Nə gözəldir” yazıb.
Emili Ratajkovski bir gün əvvəl iştirak etdiyi Dünya Moda Həftələrində bir sıra nümayişlərdən sonra tətilə çıxıb.
Xüsusilə, model Nyu-Yorkda "Vogue World: New York" və Tory Burch, Londonda Nensi Dojaka və Milanda Versace şousunda iştirak edib.