Linda Evangelista
24 sentyabr 2021 18:12 (UTC +04:00)

Linda Evangelista

Məşhur model tanınmaz halda - FOTO

1990-cı illərin məşhur modellərindən olan kanadalı Linda Evangelista hər kəsi təccübləndirən açıqlamalar verib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, 56 yaşlı keçmiş model, sosial media paylaşımında əməliyyatdan sonra tanınmaz hala düşdüyünü bildirib:

"Deformasiya artdı, azalmadı; İki ağrılı, uğursuz, yağ aldırma əməliyyatı keçirməyimə baxmayaraq yağ hüceyrələrim daimi  deformasiyaya uğradı".

Evangelista depressiyada olduğunu söyləyib:

"Bu xəstəlik nəinki həyatımı məhv etdi, həm də məni bir dövrəyə saldı: dərin depressiya, kədər və özündən iyrənmə. Bu müddətdə ancaq bir küncə sıxılıb qaldığımı hiss edirdim".

90-cı illərdə populyarlıq qazandıqdan sonra modellikdən ayrılsa da, kameralar qarşısında olan Evangelista 2015-ci ildən bəri kamera qarşısına çıxmırdı.

Linda Evangelista

Linda Evangelista

Linda Evangelista
 

 

# 1917
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar