"Dədə Qorqud" filmi çəkilərkən xalq artisti Rasim Balayev maraqlı və məzəli hadisələrlə qarşılaşıb.
Lent.az-ın xəbərinə görə, bu barədə aktyor özü danışıb.
“Dədə Qorqud filmi çəkilərkən artıq məşhur idim. Ondan öncə çəkilmiş “Nəsimi” filmindəki rolum məni bir gecədə məşhurlaşdırmışdı. Özümə əminlik yaranmışdı.
“Dədə Qorqud”un çəkilişləri başa çatıb, səsyazma gedir. Dedilər, Babək mahnı oxumalıdır. Mahnını o vaxtlar məşhurlaşmış müğənni (film 1975-ci ildə çəkilib) Yalçın Rzayev oxuyacaq. Dedim, özüm oxuyaram. Nədir, bəyəm mən Yalçın qədər ola bilməyəcəm ki, bir mahnı oxuya bilməyim?
Filmin bəstəkarı Emin Sabitoğlu üzümə təəccüblə baxıb dedi ki, vallah, sən qudurmusan”.