Məşhur amerikalı aktrisa Culiya Robertsin həmkarı Corc Kluni ilə birgə çəkildikləri filmlərdən ələdə edilən ümumi gəlirin məbləği 1 milyard dolları keçib.
Lent.az xəbər verir ki, oktyabrın 21-də "Cənnətə bilet"in premyerası keçiriləcək. Buna baxmayaraq, sentyabr ayından etibarən hər gün kinoteatrlarda xeyli tamaşaçı maraqla seyr edir.
"Cənnətə bilet" romantik komediya filmi "Oskar" mükafatçıları Culiya Roberts və Corc Kluninin beşinci işbirliyidir.
Qeyd edək ki, bundan əvvəl Culiya Roberts və Corc Kluni “Okeanın dostları” trilogiyasından iki filmdə (815,3 milyon dollar), “Təhlükəli adamın etirafları” dramında (36,9 milyon dollar) və “Pul canavarı” trillerində (93,9 milyon dollar) rol alıblar.