Məşhur aktyor Mədəniyyət Nazirliyinin işindən narazılıq etdi
11 yanvar 2023 13:52 (UTC +04:00)

Məşhur aktyor Mədəniyyət Nazirliyinin işindən narazılıq etdi

“Mən 4 ildir işsizəm. Bir aktyor incidilirsə, hara müraciət etməlidir? Mədəniyyət Nazirliyinə. Əgər nazirlik öz aktyorunun taleyi ilə maraqlanmırsa deməli düzgün işləmir”. 

Bu fikirləri Lent.az-a verdiyi müsahibədə tanınmış aktyor Əjdər Zeynalov səsləndirib. O bildirib ki, 35 ildən çox müddətdə fəaliyyət göstərdiyi İrəvan Dövlət Teatrında özünə qarşı haqsızlıq görüb, teatrın direktoru İftixar Piriyev ona  iftira ataraq işdən qovub. Aktyor bu barədə dəfələrlə şikayət eləsə də, müraciətlərinə baxılmayıb.

“Mən uşaq deyiləm, 38 ilin aktyoruyam, xalq tanıyır, sevir. Dəfələrlə müraciət eləmişəm, baxılmırsa, deməli bu qurumun işindən narazılıq eləməyə əsasım var. Dəfələrlə sabiq nazir Anar Kərimova müraciət etdim, fikirlərimə haqq qazandırsa da, nəticə görmədim. Çünki bu insan hamıya qarşı əlində şantajedici faktlar saxlayır və bu yolla vəzifədə qalır”- deyə aktyor bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar