Məşhur aktyor ikinci dəfə xərcəng olmasından danışdı: Mən də inadçıyam
18 aprel 2023 14:15 (UTC +04:00)

Məşhur aktyor ikinci dəfə xərcəng olmasından danışdı: Mən də inadçıyam

Tanınmış türk aktyoru Aydemir Akbaş bir müddət öncə ikinci dəfə xərçəng xəstəliyinə tutulduğunu demişdi.

Lent.az-ın məlumatına görə, qatıldığı tədbirlərdən birində jurnalistlərin suallarını cavablandıran aktyor bildirib ki, özünü yaxşı hiss edir. “4 dəfə kimya terapiyası keçməliyəm. Doktorlar vəziyyətimin sabit olduğunu deyirlər. Mən də özümü pis hiss etmirəm. Sadəcə bir az kilo verdim. O da düzələr. Xərçəng inadçıdırsa, mən də inadçıyam” deyib.

10 il öncə bağırsaqlarındakı xərçəng xəstəliyindən müalicə olunmuş 86 yaşlı aktyor bu dəfə qırtlaq xərçəngindən müalicə alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar