Klintonun çox sevdiyi  ən həssas alət  - Saksafon haqqında maraqlı faktlar
11 noyabr 2024 18:50 (UTC +04:00)

Klintonun çox sevdiyi ən həssas alət - Saksafon haqqında maraqlı faktlar

Lent.az saksafonun yaradıcısı Adolf Saksın anadan olmasının 210 illiyi şərəfinə musiqi alətinin tarixindən maraqlı faktları təqdim edir.

Saksafon 1814-cü il noyabrın 6-da Belçikanın Dinant şəhərində Adolf Saksın sayəsində peyda olub, lakin ilk vaxtlar bu alət ofikleid adlanıb.

1846-cı il mayın 17-də Adolf Saks özünün yeni ixtirasına - tembrinə görə müxtəlif çalğı alətləri ilə yaxşı uzlaşan, səs diapazonu iki oktava yarım olan saksofon adlı çalğı alətinə patent alıb.

Ağacdan və misdən hazırlanan nəfəs alətləri arasında orta mövqe tutan yeni çalğı aləti yaratmağı öz qarşısına məqsəd qoyan Saks bu niyyətini həyata keçirmək üçün yeni bir prinsipdən istifadə edib: o, klarnetin dilçəyini və qoboyun klapanlı mexanizmini konusvari borucuqla birləşdirib. Korpusu metaldan hazırlanan bu çalğı aləti xarici görkəminə görə bas-klarneti xatırladırdı. 

Saksın bu ideyası çox uğurlu olub: yeni çalğı aləti misdən və ağacdan hazırlanan nəfəs alətləri arasında həqiqətən əlaqələndirici vasitəyə çevrilib. Üstəlik, bu alətin tembri bir sıra musiqiçilərin marağına səbəb olub, onların diqqətini cəlb edib. Saksofonun səs çalarları həm ingilis tütəyinin, həm də klarnetin və violonçelin səsini xatırladır, səsinin gücü isə klarnetin səsinin gücündən xeyli artıqdır.

Belçika vətəndaşları saksafonun öz ölkələrində yaradılması ilə çox fəxr edirlər. Böyük ixtiraçının şərəfinə, avrozona ölkələri üçün vahid valyuta dövriyyəyə buraxılmazdan əvvəl ölkənin milli bankı Adolf Saksın təsviri olan 200 franklıq əskinas buraxılıb.

Dinandakı ən böyük muzey

Saksofon ixtiraçısının vətənində Saks adına muzey fəaliyyət göstərir ki, bu da dünyada ən böyük muzeydir.

Dinan sakinləri şəhərin simvolu kimi saksofonu seçiblər. Onun şəklində loqo hər yerdə tapıla bilər.

Küçə ixtiraçının adını daşıyır və binalarda bu musiqi alətini təsvir edən heykəlciklər asılıb.

Saksafon qadağası

Almaniyada Üçüncü Reyx dövründə saksafon ari mənşəli olmayan, yəni alçaq və ləyaqətsiz bir alət kimi qadağan edilib.

1948-ci ildə SSRİ-də Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının fərmanı ilə “saksafon” və “caz” sözləri düşmən mədəniyyətinin elementləri adlandırılıb və qadağan edilib.

 Klintonun sevimli musiqi aləti

1993-2001-ci illərdə ABŞ-ın 42-ci prezidenti olan Bill Klinton saksafonda ifa etməkdən həzz alır. Üstəlik, gəncliyində musiqiçi olmaq arzusunda olub və hətta məktəb caz qrupuna rəhbərlik edib. Klintonun uşaqlıq arzusu gerçəkləşməsə də, 1993-cü ildə inauqurasiya mərasimində o, saksafonda ifa edib.

Ən böyük saksafon

Dünyanın hər yerində saksafonun abidələrinə rast gəlmək olar. Onlardan ən böyüyü, Dinanda yerləşir və hündürlüyü 12 metrdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar