Kıvanç Tatlıtuğ və Beren Saat, "Aşk-ı Memnu" serialının sevilən aktyorları idi. İddiaya görə, onlar 11 il sonra “Kral kaybederse” serialı üçün bir araya gəlir.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, illər öncə sevilərək izlənən və təkrar bölümləri ilə rekordları qıran "Aşk-ı Memnu" serialının Bihter və Behlülü Kıvanç Tatlıtuğ və Beren Saat 11 ildən sonra yenidən bir araya gəlir.
Kıvanç Tatlıtuğ və Beren Saat
Məşhur aktyortlar Gülseren Budayıcıoğlunun "Kral kaybederse" əsəri əsasında çəkiləcək serialda rol alacaqlar. Xatırladaq ki, yazarın “Camdakı kız”, “Kırmızı oda” və “Masumlar apartmanı” kitabları əsasında da serial çəkilib.
İllər sonra eyni layihədə iştirak edəcək aktyorların serialda hansı obrazları canlandıracaqları hələ ki məlum deyil.