Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibliyi 2 avqust “Milli Kino Günü” münasibətilə ənənəvi mükafatının qaliblərini elan edib.
Lent.az-ın AKİ-yə istinadən xəbərinə görə, 2023-cü il üçün ittifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:
Azər Aydəmir - “Əqrəb mövsümü” çoxseriyalı televiziya filminin uğurlu dramaturji həllinə görə
Nicat Dadaşov - “Mən burdayam, ilahi!” bədii film layihəsində uğurlu prodüser işinə görə
Həsən Axundov - “Mən burdayam, ilahi!” bədii film layihəsində uğurlu prodüser işinə görə
İlqar Cahangir - “Suğra və oğulları” bədii filmində “Barat” rolunun ifasına görə
Nadir Bədəlov – “Kino gözlə söz arasında” kitabı ilə kinoşünaslığa töhfəsinə görə
İmaməddin Həsənov - Azərbaycan sənədli kinosunun beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır.