Lent.az Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovanın namizəd olub-olmayacağı ilə maraqlanıb.
Bu barədə saytımıza açıqlama verən Xalq artisti bildirib ki, burada kiminsə namizəd olması önəmli hadisə deyil:
“Hər ittifaq özü ayrılıqda iclas keçirir. Onlar bu gün iclas keçirib. Biz noyabrın 7-də iclas keçirib öz namizədimizi irəli sürəcəyik. Sonra hər iki ittifaqın idarə heyəti toplaşacaq, bu namizədlərdən birini seçəcək. Amma hələ o da son söz demək deyil. Müzakirələr aparılacaq. Bəlkə kiminsə namizədliyini üzvlər istəməyəcək. Qurultayda kimin sədr seçiləcəyi bəlli olacaq”.
O, ayın 7-də namizədliyini verib verməyəcəyinə dair sualımıza “bilmirəm” cavabını verdi.
Qeyd edək ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.