Kamal Sunal və Babil kralını birləşdirən ortaq qanun nə idi?
14 fevral 2023 19:59 (UTC +04:00)

Kamal Sunal və Babil kralını birləşdirən ortaq qanun nə idi?

Türkiyədəki zəlzələ binaların hansı dərəcədə keyfiyyətli olması məsələsini gündəmə gətirib.

Lent.az xəbər verir ki, tanınmış aktyor Ali Sunal da bu məsələyə münasibət bildirərək, atası, məşhur aktyor Kamal Sunalla bağlı bir xatirəsini bölüşüb.

“Atama Antalyada bir inşaat firmasının reklam üzü olması, bunun qarşılığında orada tikiləcək evlərdən birinin ona hədiyyə olunması təklifi gəldi. Atam qəti şəkildə gələn təklifi rədd etdi. Anam nə üçün belə etdiyini soruşanda atam əlində oxuduğu tarixi kitabı ona göstərdi və dedi. “Hammurapi qanunlarında belə ev tikilərkən saxtakarlığa yol verənlərin öldürülməli olduğu deyilir. Haqq verirəm. Mən həmin evləri reklam etsəm, insanlar mənə inanıb o evləri alacaqlar. Bir gün hansısa səbəblə o evlər dağılarsa, mən vicdanıma necə hesab verərəm?”,- deyə Ali Sunal bildirib.

Qeyd edək ki, Hammurapi qədim Babil imperiyasının banisi və ən qüdrətli hökmdarı olub. O, mərkəzi hakimiyyəti möhkəmləndirmiş, 282 maddədə ibarət qanun toplusu yaratmışdı.

Bu qanunlardan biri də memarlıqla bağlı idi. “Əgər bir memar bir kişiyə ev tikərsə, həmin ev dağılıb, sahibinin ölümünə səbəb olarsa, memar ölümə məhkum edilməlidir”, deyə həmin qanunda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21192
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar