Pandemiya səbəbindən işsiz qalan mədəniyyət işçiləri Parisdə bir teatr tutublar.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 50 nəfərlik qrup “Odeon” teatrına girib. Binanın fasadında “Mədəniyyət qurban verildi” və “10 işsizdən 6-sı təzminat almır - ayıbdır!” yazılan plakatlar asıblar.
Etirazçılar, səlahiyyətlilər onların tələblərinə diqqət yetirməyincə binanı tərk etməkdən imtina ediblər. Xüsusilə, hökumətdən, pandemiya səbəbi ilə dolanışığı çətin olan mövsümi teatr işçilərinə dövlət yardımının bir il daha uzadılmasını xahiş ediblər.
Fransadakı teatrlar, kinoteatrlar, muzeylər və digər mədəni əyləncə məkanları, ölkədə tətbiq olunan koronavirusa görə məhdudiyyətlər səbəbindən keçən ilin əksər hissəsində bağlı olub. Onların işinin bərpası vaxtı hələ açıqlanmayıb.