İnsan nə zamandan paltar geyinməyə  başlayıb? - Sirri bitlər açdı
28 oktyabr 2023 20:15 (UTC +04:00)

İnsan nə zamandan paltar geyinməyə başlayıb? - Sirri bitlər açdı

İnsan haqqında bəzən “paltar geyinən tək canlı” ifadəsi də işlədilir. İnsanlar paltar geyinməyə niyə və nə zaman başlayıblar?

Tədqiqatçılar “niyə?” sualının cavabını belə açıqlayırlar - İnsan soyuqdan qorunmaq üçün bitkilərdən və heyvan dərilərindən özünə geyim hazırlamağa, daha doğrusu bürünməyə başladı. Bu insanların isti Afrikadan soyuq şimala doğru yayılması ilə başlanmış olmalı idi.

Bəs paltar geyinməyin tarixi nə vaxtdır?

Lent.az-ın xəbərinə bəzi araşdırmaçılar bunun tarixini milyon illərlə ölçələr də, britaniyalı alimlər daha dəqiq rəqəm səsləndiriblər. Onlar bildiriblər ki, insanların geyinmə mədəniyyətinin tarixi təxminən 170 min ildir. Onlar bu qənaətə bitlərin vasitəsilə gəliblər.

Bitlərin təkamül tarixini öyrənən bioloqlar aydınlaşdırıblar ki, bit növlərinin hər birinin öz yaranma tarixçəsi var. Məsələn, taxta bitləri, saç bitləri, dəri bitləri, paltar bitləri, heyvanların dərilərində yaşayan bitlərin hər birinin genetikası araşdırılarkən onların ümumi növdən ayrılıb yeni bir alt növ kimi formalaşmasının tarixçəsi bəlli olub. Bu hesabla paltarda yaşayan bitlərin yaranma tarixi də insanın paltar geyinməsi tarixi ilə üst-üstə düşür. Paltar bitlərinin “ulu babaları” 170 min il öncə yaranıblar.

Əlbəttə, insanın paltar geyinmək mədəniyyəti 170 min ildən bir qədər daha qədim ola bilər. Amma bu parazitlərin təkamül tarixi alimlərin əminliyinə səbəb olub.

Nəzərə alsaq ki, məhkəmə-tibbi ekspertizasında meyitin ölüm tarixini də dəqiq demək üçün illər öncə qurd və böcəklərdən istifadə olunurdu. Belə ki, meyitə ölüm baş verdikdən neçə saat sonra qurd düşməsini bilmək faktoru orta əsrlərdə dedektivlər tərəfindən ölüm tarixçəsini aydınlaşdırmağa kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7005
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar