Hollivud studiyaları artıq aylardır davam edən etiraz aksiyaları və tətilləri dayandırmaq üçün ssenaristlərə güzəştə getməyə məcbur olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ilk güzəşt ssenaristlərin həmkarlar ittifaqına təklif olunub.
11500 nəfərdən çox ssenaristin maaşına mərhələli şəkildə 12,5 faiz artım tətbiq ediləcək.
Hollivudda kino istehsalçılarının 6 ay öncə başlatdığı tətil ölkə iqtisadiyyatına milyardlarla ziyan vurub. Buna görə, hökumət problemi bacardıca tez həll etməyə çalışır.