Hollivud ulduzu Bredli Kuperin yəhudi əsilli dirijor Bernstayn barədə çəkilmiş film üçün obrazı, xüsusilə qrimlə hazırlanmış taxma burnu yəhudilərin etirazına səbəb olub.
Lent.az-ın xəbərinə görə, “Maestro” adlı triller ekranlara çıxdıqdan sonra ulduz aktyor barədə tənqidlər səngiməyib. Aktyor bu filmdə əfsanəvi dirijor Bernstayn rolunu canlandırıb. Onun xanımı obrazını Keri Malliqan oynayıb.
Sosial şəbəkələrdə obrazın görüntüsü tənqid olunub, yəhudilər real həyatda dirijorun belə gülməli burnu olmadığını söyləyiblər.
Bir qrup tamaşaçı isə bu rola əsl yəhudinin çəkilməli olduğunu söyləyib.
Qeyd edək ki, bu məşhur yəhudilər barədə çəkilən filmlərə edilən ilk etiraz deyil. Diqqətli yəhudi tamaşçılar öz milli sərvətləri hesab etdikləri insanlar haqqında filmlərin hər kiçik detalına münasibət bildirir, yeri gələndə qalmaqal yaradırlar.