Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatında baş vermiş maraqlı xatirələri sizinlə paylaşır.
Məşhur rus yazıçısı Anton Pavloviç Çexov yeni yazdığı kitabı Rusiyanın sonuncu çarı II Nikolaya hədiyyə göndərir. Yazıçı çarın elm və mədəniyyət adamlarına verdiyi yüksək qiymətdən xəbərdar idi.
II Nikolay yazıçının kitabını oxuyub məmnun qalır və yazıçıya qeyri- adi jest edir. O Çexova üzərində məktub olan qalın bir kitab göndərir. Məktubda yazılırdı: “Sizin kitabı oxudum, bəyəndim. Mən də sizə öz kitabımı göndərirəm”.
Nikolayın kitabının bütün səhifələri yüzlüklərdən ibarət idi.
Çexov monarxın bu jestinə yumor dolu bir cavab göndərir: “Sizin kitabınızı oxudum, çox bəyəndim və ikinci cildini gözləyirəm”.