Gəncədə "Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olunub
14 sentyabr 2024 13:33 (UTC +04:00)

Gəncədə "Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olunub.

Lent.az xəbər verir ki, "Qiraət axşamı"nda Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırladıqları “Xeyir və Şər” tamaşası, Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı heyətinin “Sələflər və Xələflər” kompozisiyası, “Leyli və Məcnun” operasından Leyli və Məcnunun səhrada görüş səhnəsi təqdim edilib. Bədii qiraətçilər tərəfindən Nizami Gəncəvinin “Sənsiz”, “Sevgili Canan”, “Yenə tövbə evimi eşq xərab etmədədir” və başqa qəzəlləri səsləndirilib. Həmçinin Gəncə şəhər 31 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin Nizami Gəncəvinin şeirlərindən ibarət kompozisiyası qiraət axşamına xüsusi rəng qataraq tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, "Qiraət axşamı"nın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Oxşar yazılar