Gəncə Dövlət Filarmoniyasının solistləri Naxçıvanda çıxış ediblər
26 sentyabr 2024 21:35 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasının solistləri Naxçıvanda çıxış ediblər

Naxçıvan şəhəri Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutub.

Bu barədə Lent.az-a Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.

Bildirilib ki, konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Əli Məmmədov, Naxçıvan Dövlət Filarmoniyasının solistləri, Əməkdar artist Ruhiyyə Hüseynova, İlkin Abdullayev, Bəhruz Quliyev, Cəfər Tağıyev, İsrafil Qibləliyev, Nərmin Hüseynova Ramiz Mirişlinin "Dalğalar", "Naxçıvan təranələri", "Bir könül sındırmışam", "İlhama gəldi", "Səadət", "Sevdalandım yaz gəlincə", "Həyat söylə, sən kimsən", "Bu sevdanın yolu uzun", "Vətənimsən", "Məşəl kimi yanan ürək" mahnılarını ifa ediblər.

Gecədə ifaçıları bədii rəhbər Cahangir Qurbanov, Elvin Əliyarovun dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri, Əməkdar artist Zeynalabdin Babayevin bədii rəhbərliyi ilə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı müşayiət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

Oxşar yazılar