Bu gecə keçirilən “Miss-France 2022”nin qalibi məlum olub.
Lent.az-ın xəbərinə görə, canlı yayımlanan müsabiqənin qalibi Parisin İl de Frans regionunun təmsilçisi Dian Leyr seçilib. Bu regionun namizədi sonuncu dəfə 1965-ci ildə Fransa gözəli seçilmişdi.
Yarışma iştirakçıları 18-24 yaşlarında olublar. Finala 15 namizəd çıxıb.