Lent.az film çəkilişləri zamanı həyatını itirmiş, sənətə qurban getmiş məşhurlar barədə məlumat verir.
_1691134164.webp)
26 yaşlı Con Erik Heksam 1984-cü ildə çəkiliş meydançasında həlak oldu. “Gizlədilən faktlar” macəra filminin çəkilişi zamanı agent rolunu oynayan Cona saxta əvəzinə həqiqi güllələrlə atəş açılmış, o elə hadisə yerində ölmüşdü.
_1691134214.webp)
Karyerasına komediya ustası kimi başlamış Redd Foks “Kral ailəsi” sitkomunun çəkilişləri zamanı çəkiliş meydançasında ölməliydi. Senariyə əsasən aktyoru ürəyi tutmalı və o keçinməliydi. O rolu çox real oynadı. Ölüm səhnəsi çəkilib qurtarandan sonra aktyorun həqiqətən öldüyü məlum oldu.
_1691134248.webp)
Bryus Linin oğlu Brendon Li 28 yaşında “Ölüm qülləsi” filminin çəkilişində ölüb. O da yanlışlıqa atılmış gülləyə qurban gedib.
_1691134293.webp)
Tayron Pauer “Süleyman şah” filminin çəkilişləri zamanı İspaniyada şah taxt- tacında oturarkən ölüb. Necə ki, Süleyman şahın ölümündən xəbər tutulmamışdı, ilk 10 dəqiqədə heç kim ulduz aktyorun öldüyünü yoxsa rol oynadığını anlamamışdı.
_1691134324.webp)
Con Ritter çəkiliş meydanında ürəktutmasından ölmüşdü. Ailəsi kinoşirkəti məhkəməyə vermiş, böyük miqdarda kompensasiya almışdı.