Filipp Kirkorovun Alla Puqaçovadan boşanmasının SİRLİ SƏBƏBİ
16 fevral 2023 20:15 (UTC +04:00)

Filipp Kirkorovun Alla Puqaçovadan boşanmasının SİRLİ SƏBƏBİ

Lent.az “Göz önündə” rubrikasında dünya şöhrətli estrada ulduzu Filipp Kirkorov barəsində məlumat verir.

Özünü heç təvazökarlıq etmədən rus estradasının kralı adlandıran Flipp Kirkorov 1967-ci il aprelin 30-da Bolqarıstanın Varna şəhərində doğulub.

Çoxları onun qaraçı millətinin nümayəndəsi olduğunu desə də, Filipp özünün bolqar olduğunu söyləyir. Atası Bedros Kirkorov tanınmış estrada müğənnisidir və milliyyətcə ermənidir. Filipp üz cizgilərini anası aparıcı Viktoriya Lixaçovadan götürüb. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. 

Orta məktəbdə uşaqlar ona lağ edirdilər, Filipp Alla Puqaçovaya uşaqlıqdan aşiq idi, onu öz gözündə tanrılaşdırmışdı.

1984-cü ildə ali məktəbə daxil olan gənc Filipp elə o vaxtdan efirlərdə görünməyə başladı. Hələ 18 yaşı olanda Bolqarıstandan gələrək Moskvada yeni ildə tərtib olunan “Mavi işıq” proqramında çıxış elədi. Allaya olan sonsuz sevgisi onların ailə qurması ilə nəticələndi. Düzdür, o vaxta qədər Filipp istedadlı bir gənc kimi tanınsa da, Rusiya estradasının kraliçası ilə evlilik onu krala çevirdi, yolları açıldı. Alla Borisovna böyük nüfuz sahibi olaraq, istənilən adamı səhnədən yox edə, istənilən adamı da yüksəldə bilərdi və bu son bir ilə qədər beləydi. Alla İsrailə köçüb gedənə qədər.

Arzularının qadını ilə evliliyi uğurlu olmadı. Onlar 2004-cü ildə boşandılar, Filippin yerini Maksim Qalkin aldı. Alla bu evlilik barədə danışarkən “Filipp ailə insanı deyil, o səhnələr üçün doğulub” deyir. Ayrılsalar da dostluqları davam edir və Filipp surroqat anadan doğulmuş qızına Allanın adını verib. 
Ayrılıq səbəbini izah eləməsələr də, indi aydın olur - Filipp fərqli cinsi oriyentasiya meyilli olduğunu son illər açıq - açıq nümayiş etdirir.

Həddən artıq davakar adam olan müğənni tez-tez müxtəlif qalmaqallara düşür. Gah jurnalistlərlə, gah fanatları ilə vuruşur. Son illər epotajlı geyimləri ilə daha çox diqqət çəkir. Bir müddət öncə Kirkorovun əsəblərini müalicə etdirmək üçün İsraildə xəstəxanada yatması xəbəri yayıldı.

Kirkorovun qızı Alla Viktoriya və oğlu Martini onun bacısı tərbiyə edir. Uşaqların bioloji anası Natalya Yefremova da uşaqları ilə görüşür və tərbiyələrində iştirak edir. Hərçənd  Filipp onun bioloji ana olduğunu da gizli saxlamağa çalışır.

“Nə üçün surroqat ana ilə övlad sahibi oldu?” sualına cavab olaraq kral cavab verir ki. heç bir qadın onun həyatında Alla Puqaçovanı əvəz edə bilməz. 

Bu sevginin rəngi nədir, bilinmir, çünki son illər Filippin adı kişilərlə sevgi romanlarında da hallanır. O isə bu barədə susmağa üstünlük verir. Bilinmir bunu göz önündə, diqqətdə qalmaq üçün edir, yoxsa damarlarındakı çılğın qanın tələbi budur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6075
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar